Gənc nəslin milli mənlik şüurunun inkişaf etdirilməsi və vətənpərvərlik hisslərinin tərbiyəsi

13:46 - 7 Oktyabr 2022

Gənc nəslin milli mənlik şüurunun inkişaf etdirilməsi və vətənpərvərlik hisslərinin tərbiyəsi

6.3.10. gənc nəslin milli mənlik şüurunun inkişaf etdirilməsi və vətənpərvərlik hisslərinin tərbiyəsi;

Əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulmuş dövlət gənclər siyasəti bu gün uğurla davam etdirilir. Azərbaycanın ilbəil artan iqtisadi qüdrəti gənclərin  fiziki, intellektual və mənəvi inkişafının təmin olunması, sosial problemlərinin həlli, innovativ ideya və təşəbbüslərinin dəstəklənməsi, bilik və bacarıqlarının üzə çıxarılması istiqamətində daha təsirli tədbirlər görməyə, irimiqyaslı proqram və layihələr reallaşdırmağa imkan verir.


Təqdirəlayiq haldır ki, bu gün cəmiyyətin ən fəal hissəsi olan gənclər respublikamızın sosial-iqtisadi və ictimai-siyasi həyatında yaxından iştirak edirlər. Onlar elm, təhsil, mədəniyyət, idman və hərbi quruculuq  sahəsində uğurlar qazanaraq  Azərbaycanın dünyada tanıdılmasına, Vətənimizin müdafiəsinə, ərazi bütövlüyümüz və dövlət müstəqilliyimizin möhkəmləndirilməsinə layiqli töhfələrini verirlər.

Tokio-2020: Hacı Əliyev finala yüksəlib

Dövlət gənclər siyasəti ötən illərdə olduğu kimi, 2021-ci ildə də uğurla davam etdirilib. Ümummilli Liderin müəyyənləşdirdiyi prinsiplər əsasında Prezident İlham Əliyevin fərman və sərəncamlarının tələbi və tövsiyələri istiqamətində milli dəyərlərə bağlı sağlam, mənəviyyatlı və vətənpərvər Azərbaycan gəncliyi formalaşdırılır. Bunun bariz nümunəsi 2016-cı il Aprel döyüşlərində daha aydın göründü. Həmin ayın 2-də Ermənistan ordusunun təxribatlarına cavab olaraq, Silahlı Qüvvələrimiz sürətli əks-hücum əməliyyatı ilə düşməni ağır məğlubiyyətə uğradaraq, Füzuli, Cəbrayıl və Ağdərə rayonlarının işğal altındakı ərazilərinin 2 min hektardan çox hissəsini düşməndən təmizlədi. Həmçinin minlərlə hektar ərazi Azərbaycan Ordusunun tam nəzarətinə keçdi. Ordumuz dördgünlük Aprel döyüşləri ilə xalqımıza qələbə sevincini yaşatdı.

Bu sevincin daha böyük yaşantısı xalqa 2020-ci il sentyabrın 27-də başlanan 44 günlük Vətən müharibəsində Zəfər qələbəsi ilə başa çatan İkinci Qarabağ savaşında nəsib oldu. Belə ki, Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Ordusunun qətiyyəti, gənc hərbçilərimizin fədakarlığı ilə sentyabrın 27-də işğalçı Ermənistana qarşı başlanan əks-hücum əməliyyatı nəticəsində 30 il işğal altında saxlanılan əzəli-əbədi torpaqlarımız azadlığa qovuşdu. 

Millət vəkili Şahin İsmayılov bildirir ki, Azərbaycanda gənclər sahəsi hər zaman prioritet istiqamət kimi qəbul edilib, dövlətin diqqət və qayğısı ilə əhatə olunub:

Şahin İsmayılov: “Azərbaycan dövlətinin bütün sahələr üzrə həyata keçirdiyi  düzgün siyasətin nəticəsi göz qabağındadır” | Xeberim.Az

“Bunu şərtləndirən əsas amil ondan ibarətdir ki, gənclərin hərtərəfli inkişafı bilavasitə dövlətin inkişafına müsbət təsir göstərir. Ulu Öndər Heydər Əliyev müstəqil Azərbaycanda hakimiyyətə gəldikdən sonra gördüyü ilk işlərdən biri də Gənclər və İdman Nazirliyinin yaradılması oldu. Uzaqgörən siyasətçi gənclərlə işin səmərəliliyinin ölkə üçün əhəmiyyətini çox yaxşı bilirdi.

Gənclər və idman sahəsi ilə bağlı qanunvericilik bazasının hazırlanması və təkmilləşdirilməsi, gənclərə təhsil və digər sahələrdə uğur qazandırıb.

Prezident İlham Əliyev də dövlət başçısı kimi gənclər sahəsini əhatə edən çox sayda faydalı proqramların icrasını davam və inkişaf etdirir. Ötən dövr ərzində strategiya üzrə çox sayda proqramlar uğurla icra edilib. Bu əməli işlərin nəticəsində qısa zaman ərzində Azərbaycan gənclər siyasəti dünya üçün nümunəyə çevrilib.

Millət vəkili əlavə edib ki, ölkəmizin gənclərlə bağlı siyasəti 44 günlük Qarabağ döyüşlərində də böyük tövhə verib:

Milli ruhda, vətənpərvərlik ruhunda olan gəncliklə gələcəyə ümidlər böyükdür

“Əminliklə qeyd edə bilərik ki, gənclərin böyük əksəriyyəti dövlət tərəfindən yaradılan şəraitdən faydalanmış və inkişaf edib. Gənclərin mənəvi inkişafına ən böyük nümunə onların vətənpərvər ruhda böyüməsidir. 44 günlük Vətən Müharibəsində Azərbaycan gənclərinin cəsarəti və vətənpərvərliyi bütün dünyaya bəyan oldu. Ordu sıralarında çalışan gənclər, eyni zamanda könüllü şəkildə döyüşə qatılan gənclər də gəncliyimizlə qürur duymağımıza səbəb oldu.

Gənclərin inkişafını xarakterizə ediriksə, burada təhsil, idman, mədəniyyət, beynəlxalq təmsilçilik, dövlət idarəçiliyində iştirak və bu kimi bir çox amilləri vurğulaya bilərik. Sadaladığımız hər bir sahə üzrə uğurlar göz qabağındadır. Bu mənada gənclərin fiziki və mənəvi inkişafını ümumi olaraq yüksək qiymətləndirirəm. Lakin gənclərin düzgün istiqamətdə maarifləndirilməsi hər zaman diqqətdə saxlanılmalıdır.

Xüsusən vurğulamaq lazımdır ki, zərərli vərdişlərə aludə olan gənclərin maarifləndirilməsi, eyni zamanda bu vərdişlərə meyilliliyin azaldılması üçün qabaqlayıcı tədbirlərin görülməsi vacibdir. Deyərdim ki, bunun üçün ictimai təşkilatların üzərinə böyük yük düşür. Bu kimi məsələləri vətəndaşlıq borcu kimi qəbul edərək hər birimiz diqqətli olmalı, ətrafımızı maarifləndirməliyik”.

Aysel Xankişiyeva

Bu yazı Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanıb.


Xəbər xətti

11 May 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin