Sürücülərin NƏZƏRİNƏ! - Xəbərdarlıq edildi
10 Noyabr 2024
19:39 - 11 Avqust 2021
Daxili İşlər Nazirliyi bəzi sosial şəbəkə səhifələrində daxili işlər orqanları tərəfindən narkotiklərin qanunsuz dövriyyəsinə qarşı aparılan mübarizə tədbirləri ilə bağlı tirajlanan iddialara münasibət bildirib.
Manset.az-ın xəbərinə görə, DİN Mətbuat Xidmətinin şöbə rəisi, polis mayoru Elşad Hacıyev mətbuatın sorğusuna cavab olaraq bildirib ki, narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən, təqsirləndirilən şəxslərin azadlığa buraxılması halları ilə bağlı iddialar kökündən yalnış olmaqla, qərəzlidir:
“Polis tərəfindən cinayət qanunvericiliyi ilə müəyyən olunan, cəza təhdidi altında qadağan olunan ictimai təhlükəli əməllərə görə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə əlaqədar cinayət məsuliyyətinə cəlb olunan heç bir şübhəli, yaxud təqsirləndirilən şəxsin istintaqına xitam verilməyib.
Əgər hansısa polis orqanında narkotiklərin qanunsuz dövriyyəsi ilə bağlı hansısa formada şübhəli, yaxud təqsirləndirilən şəxsin istintaqdan yayındırılması ilə bağlı fakt, əsaslı iddia varsa, bu, Daxili İşlər Nazirliyinə təqdim oluna bilər. Anonimlik təmin olunacaqdır.
Narkotiklərin qanunsuz dövriyyəsinə qarşı aparılan mübarizə tədbirləri kampaniya xarakteri daşımır”.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin