Oğuzda əvvəllər işlədiyi obyektdən oğurluq edən şəxs tutuldu - VİDEO

20:45 - 9 Oktyabr 2022

Oğuzda əvvəllər işlədiyi obyektdən oğurluq edən şəxs tutuldu - VİDEO

Oğuz rayonunun Sincan kəndi ərazisində yerləşən metal qəbulu məntəqəsindən oğurluq edilib.

 

Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən Manset.az-a məlumat verilib.

Bildiirlib ki, Rayon Polis Şöbəsinə müraciət edən zərərçəkən obyektin kassasında olan 3 000 manat pulun naməlum şəxs tərəfindən oğurlandığını bildirib.

Daxil olmuş müraciət əsasında polis əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində qeyd olunan cinayət əməlini törətməkdə şübhəli bilinən zərərçəkmişin qonşusu, əvvəllər həmin obyetdə işləyən Təvəkkül Salahlı tutularaq istintaqa təhvil verilib.

O, ifadəsində əməlini etiraf edib və ümumilikdə 4 dəfə müxtəlif vaxtlarda həmin məntəqəyə daxil olaraq pulları hissə-hissə oğurladığını bildirib.

Faktla bağlı Oğuz Rayon Polis Şöbəsində cinayət işi başlanılıb, saxlanılan şəxsin digər hüquqazidd əməllərdə iştirakının olub-olmaması araşdırılır.

 


Xəbər xətti

4 May 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin