Krım körpüsünü 26 yaşlı Samir partladıb? - Videomüraciət YAYILDI

09:42 - 9 Oktyabr 2022

Krım körpüsünü 26 yaşlı Samir partladıb? - Videomüraciət YAYILDI

Krım körpüsündə partlayan yük avtomobilinin sahibi kimi özünü təqdim edən Samir Yusubov hadisədə əli olduğunu inkar edib. 

Manset.az xəbər verir ki, S.Yusubovun videomüraciəti sosial şəbəkələrdə yayılıb.

“Mənim, 1996-cı il təvəllüdlü Yusubov Samir Seymur oğlunun Krım körpüsündə baş verənlərlə heç bir əlaqəm yoxdur, yük avtomobili mənim adımadır, maşını əmim Mahir Nəsib oğlu Yusubov idarə edir", - S.Yusubov deyib.

Yusubov təsdiqləyib ki, yük avtomobili onun adına rəsmiləşdirilib, dayısı Yusubov Mahir Nəsib oğlu əvvəllər Tatarıstanda fərdi sahibkar kimi qeydiyyatda olub, fəaliyyəti avtomobil yolu ilə yük daşımaları olub.

Hazırda Yusubovun yaxınları axtarılır, özü isə xaricdədir.

Qeyd edək ki, oktyabrın 8-də Rusiyanın Milli Antiterror Komitəsi Krım körpüsündə yük maşınının partlaması, nəticədə iki avtomobilin aşırımının qismən dağılması, körpünün naviqasiya hissəsinin üzərindəki tağın zədələnməməsi barədə məlumat yayıb.

Rusiya İstintaq Komitəsinin ilkin məlumatına görə, partlayış nəticəsində 3 nəfər ölüb. Rusiya Prezidenti Vladimir Putin fövqəladə vəziyyətin səbəblərini müəyyən etmək və nəticələrini aradan qaldırmaq üçün hökumət komissiyasının yaradılması barədə göstəriş verib.

Bundan başqa, Krım körpüsündə partlayan yük maşınının sürücüsü internet vasitəsilə gübrələrin daşınması üçün sifariş alıb.

"RBC"nın hüquq-mühafizə orqanlarındakı mənbəyə istinadən verdiyi məlumata görə, bundan “kor-koranə” istifadə oluna bilər.

Həmsöhbətin sözlərinə görə, sürücüdən istifadə olunub. Yəqin ki, onun planlaşdırılan partlayışdan xəbəri olmayıb.

 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

A post shared by Manset.az (@manset.az)


Xəbər xətti

18 Aprel 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin