<

Bakıda narkoman qadın evə silahla basqın edərək pul tələb edib? - VİDEO

23:36 - 7 Oktyabr 2022

Bakıda narkoman qadın evə silahla basqın edərək pul tələb edib? - VİDEO

Bakıda bıçaqla silahlanan qadın evə basqın edib.

 

Manset.az xezerxeber.az-a istinadən xəbər verir ki, hadisə ötən gün günorta saatlarında paytaxtın Binəqədi rayonunda eyni adlı qəsəbədə baş verib.

Zərərçəkmiş Lalə Dadaşova bildirib ki, nəvələrini məktəbə yola saldıqdan sonra evdə tək olub. O, bir müddət sonra eyni həyətdə qalan qardaşının oğluna yemək verməyə gedib. Bu zaman evə iki nəfər basqın edib. Dediyinə görə, qadın narkoman olub və ona bıçaqla hücum edərək pul tələb edib.

Lalə Dadaşova iddia edir ki, quldurluq etməkdə şübhəli bilinən qadın qapıdan yox, pəncərədən çıxaraq qaçıb. Sonra məlum olub ki, evdən 400 manat və 1ədəd mobil telefon oğurlanıb.

Qadının müraciətindən sonra ərazi üzrə polis bölməsinin əməkdaşları çox çəkməyib ki, bıçaqla evə basqın etməkdə şübhəli bilinən şəhər sakini Röya Həsənovanı saxlayıblar. Zərərçəkmişin telefonu qadının üzərində aşkar edilib, amma pul olmayıb.

Faktla bağlı bölmədə toplanan material Binəqədi rayon Polis İdarəsinin İstintaq şöbəsinə göndərilib.

Faktla bağlı araşdırma aparılır.

Daha ətraflı süjetdə:


Xəbər xətti

27 Yanvar 2023

Ən son xəbərləri səhifəmizdən də izləyin