Danimarkanın Tehrandakı səfiri Xarici İşlər Nazirliyinə ÇAĞIRILDI

22:27 - 7 Oktyabr 2022

Danimarkanın Tehrandakı səfiri Xarici İşlər Nazirliyinə ÇAĞIRILDI

İran Danimarkaya nota verib.

 

Manset.az APA-ya istinadən xəbər verir ki, Danimarkanın Tehrandakı səfiri Xarici İşlər Nazirliyinə çağırılıb.

Görüşdə İran səfirliyi və diplomatlarının təhlükəsizliyinin təmin olunmamasına etiraz bildirilib.

Buna cavab olaraq Danimarka səfiri baş vermis insidentlə bağlı üzr istəyib, bu hadisədən sonra təhlükəsizlik tədbirlərinin gücləndiriləcəyini bildirib.

Xatırladaq ki, bu gün İran İslam Respublikasının Kopenhagendəki səfirliyinə soyuq silahla silahlı basqın olub.

Hadisəni törədən şəxs İran səfirini təhdid edərək işçilərdən birini yaralayıb və səfirliyin maşınlarına ziyan vurub.


Xəbər xətti

20 Aprel 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin