I qrupun birincisi Bakı Ali Neft Məktəbini seçdi

14:32 - 11 Avqust 2021

I qrupun birincisi Bakı Ali Neft Məktəbini seçdi

Dövlət İmtahan Mərkəzinin (DİM) 1 - ci ixtisas qrupu üzrə keçirdiyi qəbul imtahanlarının nəticələri açıqlanıb.

Manset.az xəbər verir ki, bu qrup üzrə ən yüksək nəticəni Əbil Şəfiyev göstərib. O, DİM-in 2020-2021-ci il tədris ili üzrə keçirilən qəbul imtahanında 697,1 bal toplayıb. Birinci qrupun lideri - Əbil Şəfiyevin seçimi isə Bakı Ali Neft Məktəbi (BANM) olub.

Bakı Ali Neft Məktəbi yaranan gündən ən yüksək bal toplayan gənclər məhz bu Ali Məktəbdə təhsil almaq istəyirlər. Bu isə BANM ailəsi üçün qürurvericidir.

Qeyd edək ki, Əbil Şəfiyev Sumqayıt şəhərində yerləşən 11 saylı tam orta məktəbi bitirib.


Xəbər xətti

20 Sentyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin