Qəzada yaralanan 17 yaşlı Alişan vəfat etdi - FOTOSU

09:51 - 7 Oktyabr 2022

Qəzada yaralanan 17 yaşlı Alişan vəfat etdi - FOTOSU

İki gün əvvəl Biləsuvarda baş vermiş ağır qəzada yaralanan şəxslərdən biri ölüb.

 

Manset.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, 5 saylı Cəbrayıl məcburi köçkün qəsəbəsinin Şahvəlli kəndi ərazisində yük avtomobili ilə minik avtomobilin toqquşması nəticəsində xəsarət alan 2005-ci il təvəllüdlü Məhərrəmov Alışan Vidadi oğlu Şirvan şəhər xəstəxanasının reanimasiya şöbəsində vəfat edib. Avtomobilin sürücüsü və digər sərnişinin müalicəsi isə davam etdirilir.

Qəzada vəfat edən 17 yaşlı Alişan Məhərrəmov Cəbrayıl rayonu, İ.Tahirov adına Mehdili kənd tam orta məktəbini bu il bitiribmiş.

Faktla bağlı Cəbrayıl rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.


Xəbər xətti

20 Aprel 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin