Qubada narkotik alverçisi SAXLANILDI

09:43 - 7 Oktyabr 2022

Qubada narkotik alverçisi SAXLANILDI

Quba Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı əməliyyat keçirilib.

 

DİN-in Mətbuat Xidmətinin Quba regional qrupundan Manset.az-a verilən məlumata görə, keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin əldə etməsi, saxlaması və daşımasında şübhəli bilinən rayon sakini Səməd Pərvini saxlanılıb.

Həmin şəxsin üzərinə baxış keçirilən zaman xeyli miqdarda narkotik vasitə olan heroin və psixotrop maddə olan metamfetamin aşkar olunaraq götürülüb.

Faktla bağlı Quba RPŞ-də S.Pərvininin barəsində cinayət işi başlanılıb.


Xəbər xətti

21 Sentyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin