Xəstəxanada yaşlı qadına işgəncə verilməsi ilə bağlı 8 nəfər saxlanıldı - VİDEO

15:42 - 6 Oktyabr 2022

Xəstəxanada yaşlı qadına işgəncə verilməsi ilə bağlı 8 nəfər saxlanıldı - VİDEO

İstanbul Ataşehirdəki özəl xəstəxanada tibb işçilərinin yaşlı xəstəyə pis rəftar etdiyi görüntülərinin sosial mediada yayılmasından sonra Anadolu Baş Prokurorluğu araşdırmalara başlayıb.

 

Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, İstanbulun Ataşehir səmtində yerləşən özəl xəstəxanada çarpayıya bağlı vəziyyətdə olan yaşlı qadın təhqir edilib, üzünə pul atılıb, söyüşlə, “əməliyyata gedirsən” deyərək qorxudulub.

Başladılan istintaq çərçivəsində 8 nəfər saxlanılıb.

Şübhəli şəxslərin prokurorluqda dindirilməsi davam edir.

 

 


Xəbər xətti

29 Mart 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin