COP29-un bağlanış mərasimi keçirilir - CANLI
23 Noyabr 2024
08:16 - 11 Avqust 2021
Bu gün futbol üzrə UEFA Çempionlar Liqasında 3-cü təsnifat mərhələsinin cavab oyunları keçirilib.
Manset.az xəbər verir ki, azərbaycanlı hücumçu Mahir Emrelinin çıxış etdiyi “Legiya” doğma meydanda Zaqreb “Dinamo”su ilə qarşılaşıb. Komandalar arasında Xorvatiyada baş tutan ilk görüşdə 1:1 hesablı heç-heçə qeydə alınmışdı. Cavab oyununda minimal hesabla uduzan Polşa çempionu mübarizəni dayandırıb. Matça start heyətdə başlayan Mahir isə 56-cı dəqiqədə əvəzlənib.
“Liverpul”un sabiq futbolçusu Stiven Cerrardın baş məşqçilik etdiyi “Reyncers” (Şotlandiya) İsveç “Malmö”sü ilə qarşılaşıb. Komandalar arasındakı ilk matçda İsveç təmsilçisi 2:1 hesablı qələbə qazanmışdı. Bu dəfə oxşar hesabla üstün olan sözügedən komanda növbəti mərhələyə yüksəlib.
Fransanın “Monako” komandası “Sparta” (Çexiya) ilə üz-üzə gəlib və sevinən tərəf olub. Portuqaliyanın “Benfika” komandası isə Moskva “Spartak”ını yenə inamlı hesabla üstələyib.
UEFA Çempionlar Liqası
3-cü təsnifat mərhələsinin cavab oyunları
10 avqust
Slaviya (Praqa, Çexiya) – Ferentsvaroş (Macarıstan) 1:0
İlk oyun – 0:2
Şerif (Moldova) – Srvena Zvezda (Serbiya) 1:0
İlk oyun – 1:1
Şaxtyor (Donekts, Ukrayna) – Genk (Belçika) 2:1
İlk oyun – 2:1
Monako (Fransa) – Sparta (Çexiya) 3:1
İlk oyun – 2:0
Midtyulland (Danimarka) – PSV (Niderland) 0:1
İlk oyun – 0:3
Ludoqorets (Bolqarıstan) – Olimpiakos (Yunanıstan) 2:2 (penaltilər 4:1)
İlk oyun – 1:1
Yanq Boyz (İsveçrə) – ÇFR Kluj (Rumıniya) 3:1
İlk oyun – 1:1
Benfika (Portuqaliya) – Spartak (Moskva, Rusiya) 2:0
İlk oyun – 2:0
Reyncers (Şotlandiya) – Malmö (İsveç) 1:2
İlk oyun – 1:2
Legiya (Polşa) – Dinamo (Zaqreb, Xorvatiya) 0:1
İlk oyun – 1:1.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin