Sumqayıtda masaj salonunun qadın sahibi və 4 xanım işçisi cərimələndi - Bu səbəbə görə

08:12 - 11 Avqust 2021

Sumqayıtda masaj salonunun qadın sahibi və 4 xanım işçisi cərimələndi - Bu səbəbə görə

Sumqayıt şəhər Polis İdarəsi əməkdaşlarının Sumqayıtda keçirdiyi reyd zamanı 4-cü məhəllə ərazisində yerləşən “Seragen” adlı masaj salonunun fəaliyyət göstərdiyi aşkarlanıb.

Manset.az apa-ya istinadən xəbər verir ki, həmin ünvanda iaşə obyektinin müştərilərə xidmət göstərdiyi məlum olub. Polis əməkdaşları obyektə baxış zamanı orada masaj xidməti göstərən 4 qadın və 1 kişini aşkarlayıblar.

Tədbir nəticəsində sanitar-epidemioloji normaları pozan şəxslər barəsində qanunvericiliyə uyğun tədbir görülüb.

Onlar barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokollar tərtib olunaraq, hər biri 200 manat məbləğində cərimə ediliblər.

Aşkarlanmış qayda pozuntuları ilə bağlı obyektin müdiri Zülfiyyə Əliyeva isə inzibati məsuliyyətə cəlb edilərək 4 min manat cərimələnib.

Təşkil edilən reyd zamanı şəhərin Hacı Zeynalabdin qəsəbəsində isə Xətai küçəsində yerləşən “Dostluq” kafesində karantin rejimi qaydalarına zidd olaraq müştərilərə qəlyan təklif edildiyi məlum olub.

Obyektin sahibi Elşad Hacıyev, icarədarı Sərhəd Allahverdiyev və müştəri Nəbi Məmmədov saxlanılaraq inzibati məsuliyyətə cəlb olunaraq cərimə ediliblər.


Xəbər xətti

19 Sentyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin