Şəhid və qazi övladları pulsuz sünnət olundu - FOTOLAR

15:40 - 5 Oktyabr 2022

Şəhid və qazi övladları pulsuz sünnət olundu - FOTOLAR

M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanasında  04.10.2022-ci il tarixdə "Şəhid ailələri, Əlillər və Müharibə Veteranlarının Müdafiəsi" İctimai Birliyinin rəsmi müraciətinə əsasən sünnət aksiyası təşkil edilib.

 

Manset.az xəbər verir ki, xeyriyyə məqsədi ilə keçirilən aksiya çərçivəsində aztəminatlı, xüsusən də Şəhid və Qazi ailələrin övladları müəyyən laborator müayinələrdən keçirilib, əməliyyatdan sonra bir neçə saat müşahidə altında saxlanılıb və evə buraxılıblar.

Tədbirin sonunda  "Şəhid ailələri,Əlillər və Müharibə veteranları" İctimai Birliyi tərəfindən Xəstəxananın direktoru Azər İsmayılov fəxri fərman, həkim kollektivinə, əməyi keçən bütün tibb və qeyri-tibb işçilərinə təşəkkürnamələr təqdim edilib.

Qeyd edək ki, Respublika Klinik Xəstəxanasında mütəmadi olaraq xeyriyyə aksiyaları keçirilir və bundan sonra da aksiyalar davam etdiriləcək.



Xəbər xətti

23 Aprel 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin