Qazprom Avstriya üzərindən İtaliyaya qaz axınının bərpa olunduğunu elan edib.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, Qazprom sentyabrın sonunda Avstriya ərazisindən qaz nəqlinə imkan verən həll yolunun tapıldığını və onun İtaliyaya axınının bərpa olunduğunu açıqladı. İtaliyanın qaz operatoru Eni deyib:
“Eni təsdiq edir ki, Qazprom-un Avstriya ərazisindən qaz axını bu gün bərpa olunub. Təchizatların bərpası Avstriyanın tənzimləyici orqanları tərəfindən təqdim edilən yeni qanunvericilik nəticəsində Eni və aidiyyəti tərəflərin qərarı ilə mümkün oldu”.