Qazlaşdırılmayan kəndlərin əhalisi oduncaqla təmin edilir

14:32 - 5 Oktyabr 2022

Qazlaşdırılmayan kəndlərin əhalisi oduncaqla təmin edilir

Tovuz, Qazax, Ağstafa, Göygöl, Goranboy, Gədəbəy, Daşkəsən, Şəmkir və Samux rayonlarında qazlaşdırılmayan 149 kənd mövcuddur və qışa hazırlıq məqsədilə həmin kəndlərin əhalisinin odun yanacağı ilə təmin olunması üçün oduncaq tədarükü davam edir.

 

Bunu Meşələrin İnkişafı Xidmətinin rəsmisi Cabbar Qəribov Manset.az-a bildirib.

O qeyd edib ki, bugünədək sözügedən rayonların əhalisi 6834 m3 həcmində oduncaqla təmin edilib. 

“Tovuz rayonu üzrə 1325 m3, Qazax rayonu üzrə 350 m3, Ağstafa rayonu üzrə 320 m3, Göygöl rayonu üzrə 1529 m3, Goranboy rayonu üzrə 856 m3, Gədəbəy rayonu üzrə 1356 m3, Daşkəsən rayonu üzrə 639 m3, Samux rayonu üzrə 137 m3 və Şəmkir rayonu üzrə 322 m3 oduncaq tədarük olunub”.

C.Qəribovun sözlərinə görə, odun yanacağı əldə etmək istəyənlər  Regional Meşə Təsərrüfatı Mərkəzlərinə müraciət edə bilərlər.


Xəbər xətti

29 Mart 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin