Nazirliyin sabiq vəzifəli şəxsinə cinayət işi AÇILDI

14:13 - 5 Oktyabr 2022

Nazirliyin sabiq vəzifəli şəxsinə cinayət işi AÇILDI

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Cənub Regional Hidrometeorologiya Müəssisəsinin sabiq direktoru Hüseynov Cavid Həsənağa oğlu mənimsəmədə ittiham olunur.

 

Manset.az Lent.az-a istinadla xəbər verir ki, onun barəsində Cinayət Məcəlləsinin 179.2.3-cü (şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə törədildikdə) maddəsilə cinayət işi başlanıb.

Əldə olunan məlumata görə, C.Hüseynov nazirliyə 31 min manat dəyərində maddi ziyan vurub.

Prosesə Lənkəran Rayon Məhkəməsində baxılacaq.

Qeyd edək ki, Cavid Hüseynov bu ilin yanvar ayında nazir Muxtar Babayevin əmrilə işdən azad olunub.


Xəbər xətti

19 Aprel 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin