<

Oliqarx kapitalizmi dövrü başa çatır – Tokayev

14:05 - 5 Oktyabr 2022

Oliqarx kapitalizmi dövrü başa çatır – Tokayev

Qazaxıstan prezidenti Qasım-Comərd Tokayev ölkənin ən böyük mədən və sənaye mərkəzlərindən biri olan Qaraqandı vilayətinə işgüzar səfər edib.

 

Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, burada bölgə əhalisi ilə görüşən Tokayev çıxışında dövlətin ölkədə fəaliyyət göstərən bütün iri mədən şirkətlərini yaxından izlədiyini bildirib və “Biz xaricə qeyri-qanuni kapital axınına imkan verməyəcəyik. Onların həyata keçirdikləri sosial proqramları da araşdıracağıq” - deyib.

O, yenilənmiş konstitusiya ilə ölkədə yeni siyasi dövrün başladığını vurğulayıb:

“Qazaxıstanda oliqarx kapitalizm dövrü başa çatır, dövlətin vətəndaşlarına qarşı sosial məsuliyyət dövrü gəlir”.


Xəbər xətti

2 Dekabr 2022