Saxlanılan sabiq icra başçısı barədə RƏSMİ AÇIQLAMA

13:51 - 5 Oktyabr 2022

Saxlanılan sabiq icra başçısı barədə RƏSMİ AÇIQLAMA

Baş Prokurorluq Polşada saxlanılan Qubadlının sabiq icra başçısı Elxan Nuriyevlə bağlı məlumat yayıb.

 

Manset.az prokurorluğun Mətbuat xidmətinə istinadən xəbər verir ki, Qubadlı Rayon İcra Hakimiyyətinin keçmiş başçısı Elxan Nuriyevin təşkilatçılığı ilə 1993-cü ildə bir sıra xüsusilə ağır cinayətlərin törədilməsi faktlarına görə Qubadlı Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.2.10, 29,120.2.11, 309.2 və digər maddələri ilə cinayət işi başlanıb və E.Nuriyev qeyd olunan maddələrlə təqsirləndirilən şəxs qismində cəlb edilməklə barəsində axtarış elan edilib.

02.10.2022-ci il tarixdə o, Polşa ərazisində saxlanılıb. Hazırda E.Nuriyevin Azərbaycana ekstradisiya edilməsi məqsədi ilə Baş Prokurorluq tərəfindən aidiyyəti qurumlara sorğu göndərilib.


Xəbər xətti

29 Mart 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin