Pulunu çıxara bilməyən deputat banka basqın etdi

13:04 - 5 Oktyabr 2022

Pulunu çıxara bilməyən deputat banka basqın etdi

Livanın müstəqil, müxalifətçi deputatı Sintiya Zarazir 3 ildir dondurulmuş 8500 dollarlıq əmanəti geri götürmək üçün paytaxt Beyrutda özəl bank şöbəsinə basqın edib.

 

Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, millət vəkili Zarazir əməliyyat xərcləri üçün bankdan pulunu çıxarmaq istəyib. Lakin bank rəsmiləri ödəniş edə bilməyəcəklərini bildiriblər.

Bank rəsmiləri ilə deputat arasında danışıqlar davam edir və Zaraziri hələlik razı sala bilməyiblər. Zərazirə dəstək olmaq üçün çoxlu bank zərərçəkənləri filialın qarşısına toplaşıb.

 


Xəbər xətti

29 Mart 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin