“Yaxın günlərdə Edillidə qazıntılar davam etdiriləcək”

12:22 - 5 Oktyabr 2022

“Yaxın günlərdə Edillidə qazıntılar davam etdiriləcək”

“Yaxın günlərdə Xocavəndin Edilli kəndində qazıntı işləri yenidən davam etdiriləcək”.

 

Manset.az APA-ya istinadən xəbər verir ki, bunu Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının İşçi qrupunun böyük məsləhətçisi Namiq Əfəndiyev deyib.

O qeyd edib ki, dövlət başçısının tapşırığı əsasında Dövlət Komissiyası Beynəlxalq Qızıl Xaç Komitəsi ilə birlikdə fevral ayından əsir və itkin düşmüş şəxslərin axtarışına başlayıb:

“İlk olaraq işlərə Xocavəndin Edilli kəndində başlanılıb. Fevralda bu ərazidə 7 şəxsə aid insan qalıqları qazılaraq götürülüb. Sentyabrın 14-dən qazıntı işləri davam etdirilib. 5 tam, 1 qarışıq skelet və 12 şəxsə aid kütləvi məzarlıq aşkar edilib. Geyimlərindən hərbçilərimizə aid olduğu güman edilir. Axtarışlar davam etdiriləcək”.


Xəbər xətti

25 Aprel 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin