<

Ağacları kəsdirən 2 şirkət barəsində cinayət işi başlandı

11:20 - 5 Oktyabr 2022

Ağacları kəsdirən 2 şirkət barəsində cinayət işi başlandı

Bakı və Mingəçevir şəhərləri, habelə Yardımlı və Balakən rayonları ərazilərində qanunsuz ağackəsmə faktları ilə bağlı araşdırma aparılıb.

 

Baş Prokurorluğun Mətbuat xidmətindən Manset.az-a verilən məlumata görə, araşdırmalarla paytaxtın Nərimanov rayonu ərazisində fəaliyyət göstərən “İnteks” MMC-nin istifadəsində olan dövlət mülkiyyətində olan torpaq sahəsində, Səbail rayonu ərazisində “Sabah Residence” MTK-nın xüsusi mülkiyyətində olan torpaq sahəsində 22 ədəd ağacın qanunsuz kəsilməsi nəticəsində ekosistemə 194 min manatdan çox məbləğdə maddi ziyanın dəyməsi müəyyən edilib.

Qeyd edilən faktlara görə Cinayət Məcəlləsinin 259.2.3 və 259.2.4-cü (külli miqdarda ziyan vurmaqla, habelə qulluq mövqeyindən istifadə etməklə ağac kəsmə) maddələri ilə cinayət işləri başlanaraq istintaqın aparılması üçün aidiyyəti üzrə daxili işlər orqanlarına göndərilib.


Xəbər xətti

2 Dekabr 2022