Bakıda 6 avtomobil toqquşdu - Xəsarət alanlar var (FOTOLAR)

09:40 - 5 Oktyabr 2022

Bakıda 6 avtomobil toqquşdu - Xəsarət alanlar var (FOTOLAR)

Bakının Yasamal rayonunda ağır yol qəzası baş verib.

 

Manset.az APA-ya istinadən xəbər verir ki, hadisə Cəfər Cabbarlı küçəsində baş verib.

VAZ-2107 markalı avtomobilin sürücüsü manevr qaydalarını pozaraq yüksək sürətlə yolda hərəkətdə olan Samir Talıbovun idarə etdiyi “Daewoo” markalı maşına çırpılıb.

Talıbova məxsus avtomobil yol kənarında dayanan BMW və “Mercedes-Benz” markalı avtomobillərə dəyərək dayanıb. VAZ-2107 isə aşaraq yol kənarında dayanan KİA və BMW markalı maşınlara dəyib. Zərbə o qədər güclü olub ki, VAZ-da olan sərnişin və sürücü müxtəlif bədən xəsarətləri alıblar.

Sürücülərin sözlərinə görə, VAZ-ı idarə edən şəxs avtoxuliqanlıq edib.

Hadisə yerinə polis əməkdaşları cəlb ediliblər. Sürücülərin izahatları alınıb. Yol kənarında hərəkətsiz dayanan avtomobillər isə binada yaşayan sakinlərə məxsus olub. Avtotexniki ekspertiza təyin edilib.


Xəbər xətti

29 Mart 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin