<

İlham Əliyev Emoməli Rəhmona ZƏNG ETDİ

09:32 - 5 Oktyabr 2022

İlham Əliyev Emoməli Rəhmona ZƏNG ETDİ

Oktyabrın 5-də Prezident İlham Əliyev Tacikistan Prezidenti Emoməli Rəhmona zəng edib.

 

Manset.az xəbər verir ki, bu barədə Prezidentin Mətbuat xidməti məlumat yayıb.

Dövlət başçısı Tacikistan Prezidentini yubileyi münasibətilə təbrik edib, ona Tacikistan xalqının firavanlığı naminə fəaliyyətində yeni-yeni uğurlar, möhkəm cansağlığı arzulayıb.

Emoməli Rəhmon göstərilən diqqətə və təbrikə görə Prezident İlham Əliyevə minnətdarlığını bildirib.

Telefon söhbəti zamanı dövlət başçıları ölkələrimiz arasında dostluq və qardaşlıq münasibətlərinin inkişafından məmnunluqlarını bildirib, əməkdaşlığın perspektivləri barədə fikir mübadiləsi aparıblar.


Xəbər xətti

2 Dekabr 2022