<

Şagirdi döyülən məktəbin rəhbəri DANIŞDI: “Xəbərimiz var idi”

09:27 - 5 Oktyabr 2022

Şagirdi döyülən məktəbin rəhbəri DANIŞDI: “Xəbərimiz var idi”

Xoşagəlməz hadisə Sabunçu rayonu Pirşağı qəsəbəsində yerləşən orta məktəbdə qeydə alınıb.

 

Manset.az xəbər verir ki, övladları 112 nömrəli məktəbdə təhsil alan valideynlər görüntüləri izlədikdən sonra dəhşətə gəldiklərini bildirdilər..

Məktəbin direktorunu əvəz edən Lətifə Mustafayevə "Xəzər Xəbər"ə bildirib ki, hadisə sentyabrın 30-da baş verib. Görüntüləri çəkən şagird həmin gün məktəbə iki mobil telefon gətirərək birini sinif rəhbərinə təhvil versə də, digərini özündə saxlayıb. Lətifə Mustafayeva əlavə edib ki, şagirdin döyülməsi faktı ilə bağlı Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən müvafiq araşdırma aparılır. Məsələ ilə bağlı hüquq-mühafizə orqanlarına da məlumat verilib

Məsələ ilə bağlı Daxili işlər nazirliyinin şöbə rəisi Elşad Hacıyev bildirib ki, şagirdlərdən biri digərinin ünvanına nalayiq ifadələr işlətdiyi üçün onunla mübahisə edib.Döyülən şagirdə dəyən xəsarətin dərəcəsini müəyyənləşdirmək üçün tibbi ekspertiza təyin olunub. ''Hər iki məktəbli valideynləri ilə birgə polis orqanına dəvət olunub və izahatları alınıb. Faktla bağlı araşdırmalar davam etdirilir''- deyə o əlavə edib.

Hadisə ilə bağlı Baş Prokurorluq da məlumat yayıb. Bildirilib ki, hadisə ilə bağlı baş prokurorluğun cinayət təqibindən kənar icraatlar idarəsində də araşdırma aparılıb. Nəticədə faktla bağlı inzibati xəta haqqında iş üzrə icraat başlanaraq baxılması üçün aidiyyəti üzrə sabunçu rayon icra hakimiyyəti yanında yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyasına göndərilib.


Xəbər xətti

2 Dekabr 2022