<

İranda baş verən zəlzələdə yaralıların sayı 500-ü keçdi - YENİLƏNDİ (VİDEO)

15:56 - 5 Oktyabr 2022

İranda baş verən zəlzələdə yaralıların sayı 500-ü keçdi - YENİLƏNDİ (VİDEO)

İranın Qərbi Azərbaycan vilayətinin Xoy şəhərində baş verən zəlzələdə yaralıların sayı 530-a çatıb.

 

Manset.az oxu.az-a istinadən xəbər verir ki, Xoy Tibb Fakültəsinin dekanı Müctəba Qəmərinin sözlərinə görə, zərərçəkənlərin çoxu evlərindən çıxarkən yaralanıblar.

11:04

İranın Xoy şəhərində baş verən 5,6 bal gücündə zəlzələdə 276 nəfər yaralanıb.

Manset.az xəbər verir ki, 200 binada kiçik dağıntılar baş verib.

Yeraltı təkanlar ətraf şəhərlərdə də hiss edilib.

08:45

Naxçıvan stansiyasından 80 km cənub-qərbdə İran ərazisində zəlzələ qeydə alınıb.

Bu barədə Manset.az-a Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən məlumat verilib. 

Zəlzələ Naxçıvan Muxtar Respublikasında 5,3 bala qədər hiss olunub.

Qeyd edək ki, İranın şimalında 5,8 bal gücündə zəlzələ olub.Hadisə Azərbaycan türklərinin kompakt yaşadığı Qərbi Azərbaycan vilayətinin Xoy şəhərinin cənubunda qeyd alınıb.

Yeraltı təkanın ocağı 5 km dərinlikdə olub. Zəlzələ yerli vaxtla saat 03:51-də baş verib.


Xəbər xətti

19 Mart 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin