Hikmət Hacıyev Edillidəki kütləvi məzarlıqla bağlı PAYLAŞIM ETDI

08:10 - 5 Oktyabr 2022

Hikmət Hacıyev Edillidəki kütləvi məzarlıqla bağlı PAYLAŞIM ETDI

Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Xocavənd rayonunun Edilli kəndində aşkarlanan kütləvi məzarlıqla bağlı paylaşım edib.

Manset.az xəbər verir ki, Hikmət Hacıyev tviterdə qeyd edib:

“Edilli kəndində birinci müharibə zamanı Ermənistan tərəfindən işgəncələrə məruz qalmış/öldürülmüş Azərbaycan hərbçilərinin kütləvi məzarlığı müəyyən edilib. Edilli Ermənistan tərəfindən azərbaycanlı girovlar üçün həbs düşərgəsi kimi istifadə edilib. 4 000 azərbaycanlı hərbçi/mülki itkin düşüb. Ermənistan kütləvi məzarlıq yerlərini verməkdən imtina edir”.


Xəbər xətti

28 Mart 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin