<

“Bavariya” “Viktoriya”ya şans vermədi, “Marsel” ilk qələbəsini qazandı – VİDEO

23:54 - 4 Oktyabr 2022

“Bavariya” “Viktoriya”ya şans vermədi, “Marsel” ilk qələbəsini qazandı – VİDEO

Futbol üzrə Çempionlar Liqasının qrup mərhələsində III tura start verilib.

 

Manset.az xəbər verir ki, ilk oyun gününə nəzərdə tutulan 8 qarşılaşmadan 2-si artıq başa çatıb.

C qrupunda Almaniya “Bavariya”sı evdə Çexiyanın “Viktoriya” (Plzen) komandasını darmadağın edib.

D qrupunda isə “Marsel” Fransada Portuqaliya “Sportinq”inə qalib gəlib.

Bu, meydan sahiblərinin qrup mərhələsində ilk qələbəsi olub.

Çempionlar Liqası
Qrup mərhələsi, III tur
4 oktyabr

C qrupu

“Bavariya” (Almaniya) – “Viktoriya” (Plzen, Çexiya) - 5:0
Qollar:
 Leroy Sane, 7; 51 Serj Qnabri, 13. Sadio Mane, 21. Erik Şupo-Motinq, 59

D qrupu

“Marsel” (Fransa) – “Sportinq” (Portuqaliya) - 4:1
Qollar:
 Aleksis Sançes, 13. Amin Arit, 16. Leonardo Belyerdi, 28. Şansel Mbemba, 84 - Fransişku Trinkan, 1
Qırmızı vərəqə: Antonio Adan, 23 ("Sportinq")


Xəbər xətti

2 Dekabr 2022