<

Ermənilər yaralı Azərbaycan hərbçilərini gülləbaran ediblər - VİDEO

21:15 - 4 Oktyabr 2022

Ermənilər yaralı Azərbaycan hərbçilərini gülləbaran ediblər - VİDEO

Ermənistan ordusunun hərbi cinayətlər törətməsinə dair təkzibolunmaz sübutlar əldə olunub.

 

Manset.az xəbər verir ki, müvafiq görüntülər “Cailber”in “Telegram” kanalında yayımlanıb.

Videoda Ermənistan hərbçilərinin yaralı Azərbaycan əsgərlərini nizamsız atəşə tutması əks olunub. Hərbi geyimli erməni cinayətkarlar bütün beynəlxalq konvensiyalara və hüquq normalarına zidd olaraq, Azərbaycan hərbçilərini sözün əsl mənasında, gülləbaran edirlər.

Görüntülərin dəqiq tarixi bilinməsə də, hərbi cinayətlər köhnəlmir və unudulmur.

Maraqlıdır, görəsən Azərbaycanı birtərəfli və tamamilə əsassız olaraq “müharibə cinayətləri törətməkdə” ittiham edən xarici diplomat və siyasətçilərin bu görüntülərə cavabı necə olacaq?

 

 


Xəbər xətti

2 Dekabr 2022