AZAL Səmərqəndə reyslərin yerinə yetirilməsinə BAŞLADI

20:51 - 04 Oktyabr 2022

AZAL Səmərqəndə reyslərin yerinə yetirilməsinə BAŞLADI

“Azərbaycan Hava Yolları” QSC (AZAL) Özbəkistanın Səmərqənd şəhərinə aviareyslərin yerinə yetirilməsinə başlayıb.

 

Manset.az report-a istinadən xəbər verir ki, Azərbaycan və Özbəkistan siyasi və iqtisadi əlaqələrin fəallaşması fonunda ölkələr arasında uçuşların coğrafiyasının genişləndirilməsi istiqamətində fəal işlərin görülməsini davam edirlər.

Belə ki, oktyabrın 4-dən Azərbaycanın milli aviadaşıyıcısı AZAL Özbəkistanın daha bir şəhərinə - Səmərqəndə reyslərin yerinə yetirilməsinə start verib.

Qeyd edək ki, Səmərqəndə uçuşlar həftədə iki dəfə - çərşənbə axşamı və cümə günləri həyata keçiriləcək.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az