Milli Paralimpiya Komitəsində YENİ TƏYİNAT

19:57 - 4 Oktyabr 2022

Milli Paralimpiya Komitəsində YENİ TƏYİNAT

Azərbaycan Respublikası Milli Paralimpiya Komitəsinin para-pauerliftinq idman növü üzrə milli komandasının baş məşqçi vəzifəsi Elşən Hüseynova həvalə olunub.

 

Manset.az xəbər verir ki, bu barədə Azərbaycan Milli Paralimpiya Komitəsi məlumat yayıb.

Bildirilib ki, Elşən Hüseynov 243 kq nəticə ilə dünya rekordçusudur.

O, Pekin 2008, London 2012, Rio 2016 və Tokio 2020 Yay Paralimpiya Oyunlarında Azərbaycan paralimpiya komandasının tərkibində iştirak edib.

Komandanın sabiq baş məşqçisi İlqar İbişov isə bu vəzifəsindən kənarlaşdırılıb.


Xəbər xətti

19 Aprel 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin