Bu ölkə pulsuz koronavirus testini dayandırır

21:07 - 10 Avqust 2021

Bu ölkə pulsuz koronavirus testini dayandırır

Oktyabrın 11-dən Almaniyada pulsuz COVID testinin istifadəsi dayandırılacaq.

Manset.az TASS-a istinadən xəbər verir ki, bu barədə Almaniya kansleri Angela Merkel federal torpaqların baş nazirləri ilə görüşdən sonra jurnalistlərə açıqlamasında məlumat verib.

Merkel əlavə edib ki, hər bir sakinin vaksinasiyadan keçmək imkanı olduğu halda, testlərin aparılması ləğv edilə bilər.

“Biz Almaniyanın hər bir sakinini vaksinasiyadan keçirməyə hazırıq”, - kansler bildirib.


Xəbər xətti

25 Noyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin