Novruz Aslanov Vüsal Hüseynovla görüşdü - FOTOLAR

15:31 - 4 Oktyabr 2022

Novruz Aslanov Vüsal Hüseynovla görüşdü - FOTOLAR

4 sentyabr 2022-ci il tarixdə Azərbaycan Qızıl Aypara Cəmiyyətinin prezidenti, millət vəkili Novruz Aslanov və Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin rəisi Vüsal Hüseynov arasında görüş keçirilib.



Manset.az xəbər verir ki, görüşün əsas məqsədi qarşılıqlı əməkdaşlığın inkişafı, gələcək fəaliyyətlərlə bağlı müzakirələrin aparılması və ikitərəfli anlaşma memorandumunun imzalanması olub.

Dövlət Miqrasiya Xidmətinin rəisi Vüsal Hüseynov öz çıxışında Miqrasiya Xidmətinin bu günə qədər olan fəaliyyətlərindən bəhs edib və dünyada baş verən münaqişələr nəticəsində gələcəkdə ortaya çıxa biləcək humanitar ehtiyaclardan söhbət açıb. Bu hadisələr nəticəsində miqrasiya sahəsində yeni çağırışların yarandığını, bu çağırışlara və neqativ ssenarilərə hazırlıqlı olmağın önəmliliyini bildirib. Daha sonra əcnəbilərin inteqrasiyası üçün Azərbaycan Qızıl Aypara Cəmiyyətinin bu sahədə önəmli layihələrin həyata keçirdiyini vurğulayıb. Gələcəkdə miqrasiya məsələlərində və fəaliyyətlərində AzQAC ilə qarşılıqlı əməkdaşlığın daha da gücləndirilməsini önə çəkib.

Görüş AzQAC-ın prezidenti, Novruz Aslanovun çıxışı ilə davam edib. Novruz Aslanov ilk olaraq AzQAC-ın tərkibindən, könüllülərindən, rayon bölmələrinin humanitar sahədə fəaliyyətlərindən danışıb. Daha sonra AzQAC-ın dünyada baş verən hadisələrə görə humanitar sahədə hazır olmasından və gələcəkdəki çağırışlara cavab verməsindən bəhs edib. Novruz Aslanov AzQAC-ın miqrantlara göstərdiyi dəstəkdən də bəhs edib. AzQAC-ın miqrantlar üçün təşkil etdiyi təmannasız Azərbaycan və İngilis dili kursları, onların bütün sosial və hüquqi məsələlərinə də verilən dəstəyi vurğulayıb. Həmçinin İlk Yardım təlimlərinin əhəmiyyətini və AzQAC-ın Miqrasiya Xidməti işçiləri üçün qarşılıqlı əməkdaşlıq çərçivəsində İlk Yardım kurslarının təmənnasız təşkil edilə biləcəyini bildirib.

Görüşün sonunda Novruz Aslanov Vüsal Hüseynova AzQAC-ın yubiley medalını təqdim edib və xatirə şəkili çəkdirilib.

 


Xəbər xətti

20 Aprel 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin