İki İsrail aviaşirkəti Bakıya uçuşlar həyata keçirəcək

18:19 - 10 Avqust 2021

İki İsrail aviaşirkəti Bakıya uçuşlar həyata keçirəcək

“Arkia Airlines” və “Israir Airlines” İsrail aviaşirkətləri tərəfindən Təl-Əviv – Bakı – Təl-Əviv istiqamətlərində hava daşımalarının həyata keçirilməsi məqsədilə Azərbaycanın Milli aviadaşıyıcısı (AZAL) Azərbaycanın Nazirlər Kabineti yanında Operativ Qərargahdan lazımi icazə alıb.

Manset.az xəbər verir ki, bu barədə AZAL məlumat yayıb.

“Arkia Airlines” aviaşirkəti tərəfindən avqustun 15-dən etibarən həftədə iki dəfə - cümə axşamı və bazar günləri Təl-Əviv şəhərindən Heydər Əliyev Beynəlxalq Aeroportuna və geri istiqamətdə uçuşların həyata keçirilməsi üçün lazımi icazə verilib.

Eyni marşrut üzrə “Israir Airlines” aviaşirkəti tərəfindən avqustun 15-dən etibarən həftədə iki dəfə - bazar ertəsi və cümə günləri uçuşların həyata keçirilməsinə icazə verilib. Avqustun 18-dən etibarən aviadaşıyıcının uçuş cədvəlinə həftənin çərşənbə günləri daha bir reys əlavə olunacaq.

Bundan əlavə, AZAL həftədə iki dəfə - cümə axşamı və bazar günləri Təl-Əviv – Bakı – Təl-Əviv marşrutu üzrə xüsusi reyslər yerinə yetirir.


Xəbər xətti

24 Aprel 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin