"Bütün müddəalar bizim gələcək işbirliyimizin təminatıdır" - Dövlət başçısı

17:34 - 15 İyun 2021

“Bu gün imzalanmış Müttəfiqlik haqqında Birgə Bəyannamə əlaqələrimizi, münasibətlərimizi ən yüksək səviyyəyə qaldırır. Bəyannamənin adı Müttəfiqlik haqqında Bəyannamədir. Bu ad öz-özlüyündə hər şeyi göstərir, hər şeyi deyir. Bu gün biz keyfiyyətcə yeni əlaqələr qurmuşuq. Və bu bəyannamədə göstərilən bütün müddəalar bizim gələcək işbirliyimizin təminatçısıdır”.

Manşet.az xəbər verir ki, bunu Şuşada Azərbaycan Prezidenti İlham Əliyev deyib.

“İmzalanmış Bəyannamə tarixə əsaslanır. Bəyannamədə xalqlarımızın böyük liderləri, öndərləri - Mustafa Kamal Atatürkün və Heydər Əliyevin kəlamları öz əksini tapıb”, - Prezident vurğulayıb.


Xəbər xətti

19 May 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin