“Qızıl Qaya” cəzalandırıldı

17:42 - 10 Avqust 2021

“Qızıl Qaya” cəzalandırıldı

Bakı şəhəri, Nizami rayonu, M.Əliyev 33 ünvanında fəaliyyət göstərən “Qızıl Qaya” şadlıq sarayında keçirilən baxış zamanı pandemiya dövrünün tələblərinin kobud şəkildə pozulduğu aşkar olunub. 

Manset.az xəbər verir ki, Qida Təhlükəsizliyi Agentliyindən (AQTA)  verilən məlumata görə, yoxlama zamanı şadlıq evində müvafiq portaldan (“icaze.e-gov.az”) rəsmi qaydada qeydiyyatdan keçmədən kütləvi tədbirin təşkil olunduğu müəyyən olunub.

Eyni zamanda, pandemiya dövrünün tələblərinə əsasən, xidmət göstərən işçi heyətin bəzilərinin tibbi maskalardan, əlcəklərdən və digər fərdi qoruyucu vasitələrdən istifadə etmədiyi məlum olub. Aşkarlanan pozuntularla bağlı müəssisənin rəhbərliyi inzibati məsuliyyətə cəlb olunub.

Həmçinin ciddi qanun pozuntusuna yol verdiyinə görə həmin ictimai iaşə müəssisəsi ilə bağlı müvafiq tədbirlərin həyata keçirilməsi üçün aidiyyəti dövlət orqanlarına məlumat verilib.


Xəbər xətti

20 Sentyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin