Yunanıstanda meşələri yandıran 10-dan çox şəxs saxlanıldı

17:26 - 10 Avqust 2021

Yunanıstanda meşələri yandıran 10-dan çox şəxs saxlanıldı

Yunanıstan Yanğından Mühafizə Xidmətinin səlahiyyətli nümayəndələri üç gün ərzində 10 nəfərdən artıq insanı həm qəsdən, həm də ehtiyatsızlıqdan törətdikləri meşə yanğınlarına görə saxlayıblar.

Manset.az xəbər verir ki, bu barədə dövlətin yanğından mühafizə xidməti bildirib.

Yanğın törədənlər, əsasən, Korfu, Larisa və Pirey yaxınlığında, həmçinin Afinanın mərkəzində və ən şiddətli meşə yanğınlarından birinin qeydə alındığı Kalamatada saxlanılıb.

Yanğından Mühafizə Xidməti bir sıra digər həbslərin olduğunu da bildirib.

Qeyd edək ki, bir həftədir ölkədə meşə yanğınları tüğyan edir. Meşələrin, milli parkların, təbiət ərazilərinin ziyarətinə qoyulan qadağan avqustun 13-dək uzadılıb.


Xəbər xətti

25 Noyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin