“Ağalı kəndində bərpə-quruculuq işləri San-Marino Bəyənnaməsinə uyğun olaraq aparılır” - Vahid Hacıyev

18:48 - 3 Oktyabr 2022

“Ağalı kəndində bərpə-quruculuq işləri San-Marino Bəyənnaməsinə uyğun olaraq aparılır” - Vahid Hacıyev

Prezidentin Zəngilan rayonunda xüsusi nümayəndəsi Vahid Hacıyev BMT-nin Avropa İqtisadi Komissiyasının Şəhər, İnkişaf, Mənzil və Torpaq idarəçiliyi üzrə oktyabrın 3 -də keçirilən 83-cü sessiyasında çıxış edib.

 

Manset.az xəbər verir ki, “İnklüziv, təhlükəsiz, dayanıqlı şəhərlər inklüziv və dayanıqlı şəhər dizaynı və memarlığı tələb edir” adı altında keçirilən panel müzakirələrində “Müharibədən sonrakı şəhər layihələndirməsi: Zəngilan nümunəsində təhlükəsizlik və dayanıqlılığın təmin edilməsi üçün çağırış və nəaliyyətlər” mövzusunda çıxış edən Vahid Hacıyev işğaldan azad olunmuş Zəngilan rayonunda bərpa-quruculuq və əhalinin yenidən məskunlaşdırılmasına dair ölkəmizin təcrübəsini sessiya iştirakçıları ilə bölüşüb.

Zəngilan rayonunda aparılan yenidənqurma işlərinin BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərinə və San-Marino Bəyannaməsinə uyğun şəkildə aparıldığını bildirən Prezidentin xüsusi nümayəndəsi, bütün bu işlərin görülməsində əsas məqsəd keçmiş məcburi köçkünlərin doğma yurdlarına qaytarılması, onların burada yaşaması üçün zəruri infrastrukturun yaradılması olduğunu qeyd edib.

Çıxışında, həmçinin yenidəqurma zamanı qarşıya çıxan çağırışlar haqqında danışan Vahid Hacıyev, bu çağırışlar arasında ən önəmlisi minalar və partlamamış hərbi sursatlardan təmizləmə və təhlükəsizliyin təmin edilməsi olduğunu, çağırışın ümumi yenidənqurma prosesini ləngitdiyini, lakin buna baxmayaraq tətbiq olunan planlaşdırma və onun məqsədyönlü icrası ilə kifayət qədər çox işlərin artıq başa çatdığını vurğulayıb.

Sonra Zəngilan rayonunda ağıllı və dayanıqlı konsepsiyalara uyğun şəkildə tikilən Ağalı kəndi haqqında danışan Vahid Hacıyev burada bütün lazimi infrastrukturun yaradıldığını və artıq 66 ailə, ümumilikdə 326 nəfərin köçürüldüyünü vurğulayıb.

Sonda Zəngilan şəhərinin Baş Planı haqqında danışan Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Zəngilan rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Vahid Hacıyev, tamamilə dağıdılmış Zəngilanın Baş Planının artıq hazır olduğunu, gələcəkdə müasir yaşayış evləri, yüksək keyfiyyətli şəhər infrastrukturu ilə Zəngilanın insanlar üçün rahat və dayanıqlı şəhər olacağını qeyd edib.


Xəbər xətti

29 Mart 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin