Azərbaycanda malyariya ilə bağlı vəziyyət AÇIQLANDI

18:13 - 3 Oktyabr 2022

Azərbaycanda malyariya ilə bağlı vəziyyət AÇIQLANDI

“Ölkədə malyariya ilə bağlı məsələ ciddi nəzarət altındadır və son illər ərzində malyariyaya yerli yoluxma qeydə alınmayıb”. 

 

Manset.az xəbər verir ki, bunu TƏBİB-in Strateji inkişaf departamentinin rəhbəri Yaqut Qarayeva deyib. O bildirib ki, xaricdə yoluxmuş malyariya xəstəsi Azərbaycanda aşkar olunarsa, bu xəstələrin diaqnostikası və doğru müalicəsinin aparılması üçün ölkəmizdə bütün şərait mövcuddur.

Y.Qarayevanın sözlərinə görə, hazırda birinci növbədə yerli yoluxmanın qarşısının alınması istiqamətində işlər aparılır. O, əlavə edib ki, bunun üçün xüsusilə bataqlıqlara, eləcə də su hövzələrinə diqqət edilməsi son dərəcə vacibdir.


Xəbər xətti

29 Mart 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin