Vasif Talıbov daha bir yüksək vəzifəli şəxsi İŞDƏN ÇIXARDI - YENİ TƏYİNAT

16:48 - 10 Avqust 2021

Vasif Talıbov daha bir yüksək vəzifəli şəxsi İŞDƏN ÇIXARDI - YENİ TƏYİNAT

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov daha bir fərman imzalayıb. 

Manset.az xəbər verir ki, fərmana əsasən, Rasim Hüseynbala oğlu Bağırov “Naxçıvan Muxtar Respublikasının Dövlət Sosial Müdafiə Fondu” publik hüquqi şəxsə sədr təyin edilib. 

Daha öncəki sənədə əsasən, Əli Rüstəm oğlu Quliyev “Naxçıvan Muxtar Respublikasının Dövlət Sosial Müdafiə Fondu” publik hüquqi şəxsin sədri vəzifəsindən azad edilib. 

Xatırladaq ki, ötən gün V. Talıbovun fərmanı ilə Ramil Hacı Naxçıvan Muxtar Respublikasının gənclər və idman naziri təyin edilib.


Xəbər xətti

20 Sentyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin