Fikir, söz və məlumat azadlığının, plüralizmin inkişaf etdirilməsi

16:15 - 30 Sentyabr 2022

Fikir, söz və məlumat azadlığının, plüralizmin inkişaf etdirilməsi

6.3.2. fikir, söz və məlumat azadlığının, plüralizmin inkişaf etdirilməsi;

Demokratiyanın əsas göstəricilərindən sayılan söz və məlumat azadlığı prinsipi dövlətlərin, xalqların hərtərəfli inkişafında, cəmiyyətlərin formalaşmasında müstəsna rol oynayır. Azərbaycan da söz azadlığının qorunduğu, mətbuat azadlığı prinsipinə hörmətlə yanaşılan ölkələrdəndir.

Azərbaycan söz və məlumat azadlığının təmin olunması, medianın inkişaf etdirilməsi istiqamətində görülən işlərdə nəinki Qafqazda liderdir, bütün dünyada ön sıralardadır. Azərbaycan söz azadlığının qorunduğu, mətbuat azadlığı prinsipinə hörmətlə yanaşılan ölkələrdən hesab edilir. Ölkədə azad medianın, insan hüquq və azadlıqlarının müdafiəsi demokratik mexanizmlərin mövcudluğunun əsas şərtlərindən biri kimi qəbul edilir.

Kütləvi informasiya vasitələri - qəzetlər, jurnallar, televiziya və radiolar, informasiya agentlikləri və informasiyanın müntəzəm formada yayıldığı digər vasitələr cəmiyyətin inkişafına ciddi təsir göstərən, onun vəziyyətini və mahiyyətini müəyyənləşdirən siyasi sistemin tərkib hissəsidir. Kütləvi informasiya vasitələri cəmiyyətdə ictimai fikri, dövlətə inamı və sosial fəallığı formalaşdırmaqla yanaşı, həm də onları istiqamətləndirir.

Dördüncü hakimiyyət hesab olunan kütləvi informasiya vasitələri dünyada demokratiya və informasiya azadlığının mühüm vasitəsi hesab edilir. Bu gün ölkədə kütləvi informasiya vasitələrinin azad fəaliyyəti və inkişafı üçün zəruri tədbirlər görülür. Artıq kütləvi informasiya vasitələri də məhz bu imkanlardan yararlanaraq öz müstəqil, azad fəaliyyətlərini davam etdirir, dövlətçilik, milli maraqlar prizmasından çıxış edirlər.

Onu da qeyd etmək lazımdır ki, 44 günlük Vətən müharibəsində Azərbaycan mediası erməni təbliğatının əsassızlığını KİV-lər faktlar əsasında dünya ictimaiyyətinə çatdıra bildi. Erməni lobbi və diaspor təşkilatlarının, ermənipərəst qüvvələrin aramsız həmlələrinə baxmayaraq qələm sahiblərimiz, xüsusən mətbuat məkrli yanaşmalara cavab olaraq Azərbaycanın qələbəsini, bunun fonunda Ermənistanın təxribatlarını, mənfur düşmənin törətdiyi vandallıqları  obyektiv və operativ şəkildə ölkə və beynəlxalq ictimaiyyətinə təqdim etdi.

Son illər Azərbaycan mətbuatı yeni inkişaf mərhələsinə qədəm qoyub. Yerli jurnalistlərlə yanaşı xarici media nümayəndələrinin akreditasiya prosesi asanlaşdırılıb. İndi Azərbaycan reallılqlarını dünya ictimaiyyətinə daha operativ çatdırılma imkanına malikdir.

“Yeni Azərbaycan” qəzetinin baş redaktoru Alqış Musayev bildirib ki, ölkəmizdə söz və mətbuat azadlığı Konstitusiyada təsbit olunub:

YAP-çı baş redaktor deputatlardan narazılıq etdi: “Bu iş görmək deyil”

“İlin əvvəlində qəbul edilmiş və bu günlərdə cənab Prezidentin imzaladığı “Media Reyestrinin aparlması” qaydaları bu sahənin inkişafına daha geniş meydan açır. “Media haqqında” yeni qəbul olunmüş qanun bu günə qədər qanunun təsir qüvvəsindən kənarda qalan məsələləri tənzimləyir. Digər tərəfdən isə artıq tənzimlənən münasibətlərin yeni nizamasalma mexanizmlərini müəyyənləşdirir.

Qanun jurnalistlərin peşəkar fəaliyyətinin maneəsiz və effektiv həyata keçirilməsinə, media subyektlərinin yaradıcılıq və redaksiya müstəqilliyinin ən etibarlı şəkildə müdafiə edilməsinə və ifadə azadlığının möhkəmləndirilməsinə yönəlmiş təminat mexanizmlərinin daha da gücləndirilməsi üçün hüquqi əsas formalaşdırır.

Qanunla tənzimlənən və tənzimlənməyən media növləri arasında dəqiq sərhəd müəyyən edilir”.

Baş redaktorun sözlərinə görə, son  vaxtlar hakimiyyətlə media arasında səmimi ortam yaranıb. Bu səmimi  ortam hakimiyyətlə medianın bir-birlərinə diqtə etməmələri anlamına gəlir. A.Musayev hesab edir ki, bu sağlam tendensiya dərinləşəcək:

“Dünyanın heç bir yerində dövlət mətbuata birbaşa yardım etmir və ya hansısa qəzetin mətbəəyə yaranmış borcunu ödəmir. Bu mənada Azərbaycan hakimiyyəti bir sıra qəzetlərin yaranmış borcunu ödəməklə həm də mətbuat tarixində yeniliyə imza atıb. 1998-ci ildən bütün dövlət vergilərindən azad olunan çap mediasının həm də 2003-cü ilə qədər Azərbaycan nəşriyyatına olan bütün borcları dövlət tərəfindən ödənildi. 18 dekabr 2001-ci il tarixdə aparıcı KİV rəhbərləri ilə görüşən ümummilli lider Heydər Əliyev sonrakı mərhələdə də milli jurnalistikanın üzləşdiyi bir sıra problemlərin aradan qaldırılması üçün mühüm fərman və sərəncamlar imzaladı. Həmin sənədlər mətbuata güzəştli kreditlərin verilməsini, onların maddi-texniki bazasının daha da gücləndirilməsini, çoxlu sayda qəzetin "Azərbaycan" nəşriyyatına olan borcunun 2005-ci ilədək dondurulmasını nəzərdə tuturdu.

Bu gün də media, xüsusilə də çap mediasının ayaqda qalması və inkişafı üçün dövlət dəstəyini əsirgəmir. Medianın inkişafına təkan məqsədilə yaradılmış Dövlət Agentliyi qəzetlərin və elektron  medianın inkişafına maliyyə yardımı göstərir. Amma bu o demək deyil ki, media dövlətdən maliyyələşməlidir. Medianın maliyyə asılılığını azaltmaq üçün reklam bazası formalaşmalıdır. Bu gün MEDİA Agentliyi media subyektləri üçün bir növ reklam bazası qismində çıxış edir. Dövlətin bu dəstəyi təqdir ediləcək bir haldır. Zaman keçdikcə, mediada sağlam rəqabət rentabelliyi artdıqca reklam bazarının da formalaşacağına ümid edirik”.

Mətbuat Şurasının sədri Rəşad Məcid deyib ki, Azərbaycan dövlətinin mətbuata diqqəti, qayğısı son onilliklərdə həmişə bariz görünüb:

Rəşad Məcid: “İndi çox xaotik bir vəziyyət yaranıb” - 25.07.2021, Sputnik  Azərbaycan

“Vaxtilə hətta yazılı mətbuat ağır vəziyyətdə olarkən Ümumilli liderin böyük dəstəyi olmuşdu.

Sonrakı illərdə də cənab İlham Əliyevin sərəncamı ilə həm mətbuata dövlət dəstəyi konsepsiyası imzalanmışdı və son illərdə MEDİA agentliyinin yaranması ümumiyyətlə həm yazılı media, həm də onlayn mediaya dəstək – bunlar hamısı dövlətin mediaya dəstəyinin bir tərkib hissəsidir”.

Rəşad Məcid hesab edir ki, Media Haqqında qanunun qəbul edilməsi Azərbaycan mətbuatının inkişafına səbəb olacaq:

 “Son vaxtlar Media haqqında qanun qəbul olundu və bu qanunun üzərində çox iş getdi. Həm agentliyin əməkdaşları, həm müxtəlif ekspertlər tərəfindən müzakirələr aparıldı.

İndi Azərbaycanda söz və mətbuat azadlığı barədə danışarkən xoş sözlər demək mümkündür, amma eyni zamanda indi informasiya məkanı hədsiz genişlənib. Jurnalist adına iddia edən çoxlu şəxslər, sosial media istifadəçiləri ortaya çıxıb. Buna görə də, bu gün kimsə desə ki, söz azadlığı, plüralizm yoxdur, o, gülünc görünə bilər. Çünki Cənab prezidentin də dəfələrlə dediyi kimi, internetin mövcud olduğu, sosial medianın, şəbəkələrin geniş meydan suladığı yerdə heç bir söz azadlığının məhdudlaşdırılmasından söhbət gedə bilməz.

Bu gün Azərbaycan Mətbuat Şurasının da, MEDİA agentliyinin də qarşısında mediaya dəstək, peşəkar medianın stimullaşdırılması, peşəkar media ilə diletant həvəskar medianın sərhədinin müəyyənləşdirilməsi problemi durur ki, bunu da yəqin ki, Mətbuat Şurasının yeni idarə heyəti və ictimaiyyətin dəstəyi ilə həllinə nail ola biləcəyik”.

Gülçin Nağıyeva

Bu yazı Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanıb.


Xəbər xətti

11 May 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin