Sabiq FHN rəisi barəsində cinayət işi başlanılıb - Rüşvət əməli üzə çıxdı

15:59 - 3 Oktyabr 2022

Sabiq FHN rəisi barəsində cinayət işi başlanılıb - Rüşvət əməli üzə çıxdı

Fövqəladə Hallar Nazirliyinin Hacıqabul rayon Dövlət Yanğından Mühafizə Hissəsinin yanğınsöndürmə növbəsinin sabiq rəisi İnşallah Nəbiyevin həmin vəzifədə işlədiyi dövrdə aldatma yolu ilə özgənin əmlakını ələ keçirməsi barədə daxil olmuş müraciət əsasında şəhər prokurorluğunda araşdırma aparılmışdır.

 

Bu barədə Manset.az-a Prokurorluğun mətbuat xidmətindən bildirilib.

Araşdırmalarla İnşallah Nəbiyevin Salyan rayonunun Xalac kənd sakinindən sonuncunun oğlunu Fövqəladə Hallar Nazirliyində işə düzəldəcəyini yalandan vəd verərək 3 min 500 manat məbləğində pul vəsaitini alaraq ələ keçirməsinə, bundan sonra cinayət əməlini davam etdirərək oğlunun xidmət yerinin dəyişdirilməsinə köməklik edəcəyini yalandan vəd edərək həmin şəxsdən 2 min manat məbləğində pul vəsaitini almaqla ümumilikdə onun 5 min 500 manat məbləğində pul vəsaitini dələduzluq yolu ilə ələ keçirməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Şirvan şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 178.2.2 (təkrar dələduzluq) və 178.2.3-cü (şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə dələduzluq törədilməsi) maddələri ilə cinayət işi başlanmışdır.
Hazırda iş üzrə istintaq davam edir.


Xəbər xətti

29 Mart 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin