Rusiyanın enerji şirkəti “Qazprom” “Şimal axını 1” və “Şimal axını 2” boru kəmərlərində təzyiqin normallaşdığını və sızmaların sona çatdığını açıqlayıb.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, zədələnmiş xətlərdə qaz sızmasının da dayandığı bildirilən açıqlamada "Şimal axını 2-nin B xəttində təzyiqin azaldılması istiqamətində işlər davam etdirilir. Bunun üçün boru kəmərindəki qaz boşaldılır" deyilib.
Bildirilib ki, “Şimal axını 2”nin B xəttindən qazın verilməsi ilə bağlı qərar qəbul edilərsə, lazımi yoxlamalardan sonra həmin xətt qazla doldurula bilər.