<

Konqresdən F-16-lar üçün yeni qalmaqallı şərtlər

15:23 - 3 Oktyabr 2022

Konqresdən F-16-lar üçün yeni qalmaqallı şərtlər

ABŞ Konqresinin yuxarı palatasının Xarici Əlaqələr Komitəsinin sədri Robert Menendezdən sonra senator Kris van Hollen də F-16-ların Türkiyəyə şərti satışı və modernləşdirilməsini çətinləşdirmək üçün hərəkətə keçib.

 

Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, Xarici Əlaqələr Komitəsinin üzvü Hollen bunu Pentaqonun 2023-cü il üçün müdafiə büdcəsini ehtiva edən və ABŞ-nin müdafiə xərclərini müəyyən edən “Milli Müdafiə Səlahiyyətləri Aktı” (NDAA) qanun layihəsinə daxil edilməsi təklifini Senata təqdim edib.

Hollenin təklifində F-16-nın Türkiyəyə satışı və ya modernləşdirilməsi üçün aşağıdakı 3 şərt göstərilib:
1.    Yunanıstan üzərində icazəsiz uçuşlarda istifadə edilməyəcək.
2.    Suriya Demokratik Qüvvələri (SDQ) daxil olmaqla ABŞ-nin İŞİD-ə qarşı səfərbərlikdə müttəfiqlərinə qarşı əməliyyatlarda istifadə edilməyəcək.
3.    Satış, modernləşdirmə Türkiyə, Finlandiya və İsveçin NATO üzvlüyünü ratifikasiya etmədən həyata keçirilməyəcək.


Xəbər xətti

29 Noyabr 2022