Kadırov 3 oğlunu döyüşə yollayır - VİDEO

14:10 - 3 Oktyabr 2022

Kadırov 3 oğlunu döyüşə yollayır - VİDEO

Çeçenistan rəhbəri Ramzan Kadırovun üç oğlu Ukraynada xüsusi əməliyyata gedəcək və cəbhənin ən çətin hissələrində xidmət edəcək.

 

Manset.az xəbər verir ki, bu barədə Ramzan Kadırov öz Teleqram kanalında məlumat yayıb.

“Əhməd, Əli və Adəm öz bacarıqlarını xüsusi əməliyyat zonasında istifadə etməyə hazırdırlar. Zarafat etmirəm. Özlərini əsl döyüşdə göstərməyin vaxtı çatıb və mən yalnız onların istəklərini alqışlayıram. Tezliklə onlar cəbhəyə gedəcəklər. Onlar xüsusi əməliyyat zonasının ən çətin hissələrində olacaq”, - Kadırov söyləyib.


Xəbər xətti

29 Mart 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin