"Qarabağ"la qarşılaşma "Olimpiakos" üçün həlledici oyundur" - Yunan mətbuatı

13:34 - 3 Oktyabr 2022

Yunanıstanın "Gazetta" saytı UEFA Avropa Liqasının qrup mərhələsinin növbəti turunda keçiriləcək "Olimpiakos" - "Qarabağ" matçı ilə bağlı məqalə dərc edib.

Manset.az  Fanat.Az-a istinadən xəbər verir ki, yazıda "Qarabağ"a qarşı keçiriləcək oyunun "Olimpiakos " üçün həlledici olacağı qeyd edilib. 

"Bir neçə futbolçunun müəyyən səbəblərdən komandaya kömək edə bilməyəcəyini nəzərə alsaq, qarşılaşma "Olimpiakos" üçün daha çətin keçə bilər. Qrup mərhələsində hələ bir xal belə toplaya bilməyən komanda "Qarabağ"la oyunda mütləq qalib gəlməlidir. Bunu komandanın yeni baş məşqçisi Miçel də bilir. 

Yussef El Arabi "Qarabağ"a qarşı oynamayacaq, Ui Co isə həmin gün yaxşı formada olacağına əmin deyil. Bu "Olimpiakos" üçün həlledici oyundur". 

Qeyd edək ki, oktyabrın 6-da "Georgios Karaiskakis" stadionunda keçiriləcək "Olimpiakos" - "Qarabağ" görüşü Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.


Xəbər xətti

29 Mart 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin