<

Rusiya bu böhrandan silah kimi istifadə edir - Kuleba

13:40 - 3 Oktyabr 2022

Rusiya bu böhrandan silah kimi istifadə edir - Kuleba

Vladimir Putin təkcə Ukraynaya deyil, bütün dünyaya qarşı müharibəyə başladı. O, bu müharibədə silah kimi qida və enerji resurslarından istifadə edir.

 

Manset.az xəbər verir ki, bu sözləri Ukraynanın xarici işlər naziri Dmitro Kuleba deyib.

“Enerji resurslarından və ərzaqdan silah kimi istifadə edilməsinə cavab olaraq Kreml bütün dünya tərəfindən sərt etirazla qarşılanmalıdır. Terror dövlətinin taktikası bəllidir: raketlə kimə çata bilmiriksə, aclıq və soyuqla çatacağıq. Amma biz rus terrorçuların öz məqsədlərinə çatmasına imkan verməyəcəyik”, - nazir bildirib.


Xəbər xətti

29 Noyabr 2022