Bakıda şadlıq sarayında faciəvi hadisə - Ölən var

13:18 - 3 Oktyabr 2022

Bakıda şadlıq sarayında faciəvi hadisə - Ölən var

Bakıda şadlıq sarayında ölümlə nəticələnən bədbəxt hadisə baş verib.

 

Manset.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, Xətai rayonu Babək prospektində yerləşən “Şahzadə” şadlıq sarayında keçirilən toyda qonaq olan 1964-cü il təvəllüdlü Behbud Ələkbərov ehtiyatsızlıqdan pilləkəndən yıxılıb.

Ağır kəllə-beyin travması alan şəxs xəstəxanaya çatdırılsa da, vəfat edib.

Faktla bağlı araşdırma aparılır.


Xəbər xətti

29 Mart 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin