<

Makron Zelenskiyə Rusiyaya qarşı yeni sanksiyalar sözü verdi

12:56 - 3 Oktyabr 2022

Makron Zelenskiyə Rusiyaya qarşı yeni sanksiyalar sözü verdi

Fransa Prezidenti Emmanuel Makron ilə Ukrayna Prezidenti Volodimir Zelenski arasında telefon danışığı olub.

 

Manset.az oxu.az-a istinadən xəbər verir ki, danışıq zamanı Makron Avropa İttifaqındakı (Aİ) tərəfdaşlarla yeni anti-Rusiya sanksiyaları üzərində işləyəcəyinə söz verib.

Bu barədə Yelisey sarayından məlumat verilib.

“Prezident Fransanın avropalı tərəfdaşları ilə birlikdə yeni sanksiyalar üzərində işləmək niyyətini təsdiqləyib”, - deyə məlumatda qeyd edilib.

Bundan başqa, Makron Ukrayna ərazilərində keçirilmiş qondarma referendumlar və sonradan bu ərazilərin Rusiyaya birləşdirilməsi ilə razılaşmadığını da təsdiq edib.

Fransa lideri həmçinin vurğulayıb ki, ölkə tam suverenlik və ərazi bütövlüyünün bərpası yolunda Ukraynaya yardımın tərəfdarı kimi çıxış edir.


Digər xəbərlər

Xəbər xətti

29 Noyabr 2022