Britaniya hökuməti geri addım atdı

12:47 - 3 Oktyabr 2022

Britaniya hökuməti geri addım atdı

İqtisadi planların sərt tənqidindən sonra Britaniya hökuməti 45 faizlik gəlir vergisinin ən yüksək dərəcəsini ləğv etmək planından imtina edib.


Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, Böyük Britaniyanın Maliyyə Naziri Kvasi Kvartenq sentyabrın 23-də ölkənin ən varlılarının faydalanması üçün 45 milyard funt sterlinq məbləğində vergi endirimlərini həyata keçirməyə hazırlaşdığını açıqlamışdı.

Kvartenqin yeni verdiyi açıqlamada, yüksək gəlir əldə edənlər üçün ən yüksək 45 faizlik vergi dərəcəsinin ləğv edilməyəcəyini bildirilib:

“Biz qərara gəldik ki, gəlir vergisindəki 45 faizlik endirimin aradan qaldırılması bizim ölkənin problemlərini həll etmək missiyamızla bir araya sığmır. Nəticədə 45 faizlik verginin götürülməsi ilə irəli getməyəcəyik. Biz başa düşdük və dinlədik”.


Xəbər xətti

26 Aprel 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin