"Azərbaycanlıların Ermənistana qaytarılması üçün böyük həcmdə işlər görülməlidir" - Zaxarova
19 Aprel 2024
12:10 - 3 Oktyabr 2022
“Azərbaycan Respublikasının kibertəhdidlərdən qorunması milli təhlükəsizliyimizin əsas prioritetlərindəndir”.
Manset.az xəbər verir ki, bu fikirləri Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin rəisi İlqar Musayev “Qlobal hibrid müharibə və kibertəhlükəsizlik” mövzusunda keçirilən konfransda çıxışı zamanı səsləndirib.
“Bu cür forumların ölkəmizdə keçirilməsinin böyük əhəmiyyəti var. Son 5 ildə Azərbaycan kibertəhlükəsizlik sahəsində əmin addımlarla irəliləyir.
Biz də dövlət orqanı olaraq özəl sektorla birgə fəaliyyətə üstünlük veririk. Çünki özəlsiz dövlət, dövlətsiz özəl sektoru ola bilməz”, - deyə İlqar Musayev qeyd edib.
“Müharibə dönəmində də, son dövrlərdə baş verənlər göstərir ki, Azərbaycana qarşı kibertəhdidlər artıb. Bu da Azərbaycanın güclü dövlətə çevrildiyinin göstəricisidir”, - deyə İlqar Musayev əlavə edib.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin